Bu gün Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində 21 yaşlı futbolçulardan ibarət Azərbayca millisi növbəti matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Yaşar Vahabzadənin yetirmələri finlandiyalı həmyaşıdları ilə qarşılaşıb. 
Son üç oyunda quru hesabla uduzan, xüsusən də, sonuncu qarşılaşmada Avstriya qarşısında 0:7 hesablı darmadağınla üzləşən seçməmiz  doğma azarkeşləri önündə xal qazanmağa çalışıb.
Finlandiya yığmasında isə vəziyyət bir az ürəkaçandı. Meydana çıxdığı 3 görüşün 2-də qalib gələn finlər 6 xalla qrupda 3-cü mövqedə qərarlaşıb. Onlar öz meydnanında Rusiya və Farer adalarını üstələsə də, Almaniyaya məğlub olub.  
21 yaşadək futbolçular arasında AÇ-2017-nin seçmə mərhələsi
7-ci qrup
13 oktyabr 
Azərbaycan (U-21) – Finlandiya (U-21) 0:1 
QOL: F. Lassas, 80
Bakı. “Dalğa Arena” 
Hakimlər: Milan İliç, Milan Miniç, Srdan Milutunoviç (hamısı Serbiya)
Ehtiyat hakim: Robert Cepegi (Serbiya)
 
 
Azərbaycan: 22. Tərlan Əhmədov, 2. Rahil Məmmədov, 4. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 7. Taşkın İlter, 11. Kerem Benkhe, 15. Cəmil Hacıyev, 16. Elvin Camalov, 19. Məqsəd İsayev, 20. Azər Salahlı (k) , 23. Fəhmin Muradbəyli. 
 Ehtiyat oyunçular: 12. Rəşad Əzizov, 3. Azad Kərimov, 5. Elvin Bədəlov, 8. Budaq Nəsirov, 9. Nicat Muxtarov, 13. Tural Hümbətov, 18. Fuad Bayramov.
Baş məşqçi: Yaşar Vahabzadə.
Finlandiya: 1. Otso Virtanen, 2. Dani Hatakka, 3. Joel Mero, 4. Daniel Oshaughnessy, 5. Sauli Vaisanen (k), 7. Moshtagh Yaghoubi, 8. Glen Kamara, 10. Simon Skrabb, 11. Pyry Soiri, 14. Hampus Holmgren, 20. Youness Rahimi.
 Ehtiyat oyunçular: 23. Carljohan Eriksson, 6. Armend Kabashi, 9. Matias Ojala, 15. Nnaemeka Anyamele, 17. Robert Taylor, 18. Fredrik Lassas, 19. Richard Jensen.
Baş məşqçi: Tommi Kautonen.
 
 
1. Avstriya U21   3 3 0 0 13:3 9
    
2. Finlandiya U21   4 3 0 1 6:4 9
     
3. Almaniya U21   2 2 0 0 7:0 6
   
4. Azərbaycan U21   5 1 0 4 1:13 3
      
5. Rusiya U21   2 0 0 2 3:6 0
   
6. Farer Adaları U21   2 0 0 2 0:4 0
 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp