Almaniya millisi və "Bavariya"nın sabiq futbolçusu Ştefan Effenberq məşqçilik karyerasına başlayıb. Futbolinfo.az xəbər verir ki, onun baş məşqçi kimi ilk iş yeri ölkəsinin "Paderborn" klubu olacaq.
 
Belə ki, 47 yaşlı mütəxəssis II Bundesliqa təmsilçisi ilə rəsmi müqavilə imzalayıb. Effenberq 2017-ci ilin yayına qədər "Paderborn"u çalışdıracaq. 
 
Qeyd edək ki, Effenberqin son iş yeri "Sky" televiziyası olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp