AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan Ukrayna – İspaniya oyununda azarkeşlərin arasında gözə dəyən Joze Mourinyonun Kiyevə niyə getdiyi məlum olub. Futbolinfo.az xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb.
 
Bildirilir ki, portuqaliyalı mütəxəssis Ukraynaya İspaniya millisinin yarımmüdafiəçisi İskonu izləmək üçün yollanıb. “Çelsi”nin transfer siyahısında olan gənc futbolçu üçün “kral klubu”na təklif göndərəcəyi deyilir.
 
Qeyd edək ki, Madrid təmsilçisi də 23 yaşlı futbolçunun satılmasında maraqlıdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp