“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldoya “Qızıl buts” mükafatı təqdim olunub. Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniya La Liqasının rəsmi saytından məlumat yayılıb.
Tədbirdə mükafatı futbolçuya “Real”ın prezideti Florentino Perez təqdim edib. Belə ki, Ronaldo ötən mövsüm 48 qol vurmaqla Avropa ölkələrinin çempionatlarının ən yaxşı bombardiri üçün nəzərdə tutulan “Qızıl buts”a layiq görülüb. Bu siyahıda ikinci yeri 43 qolla Lionel Messi tutub.
 
Qeyd edək ki, Ronaldo bu mükafata 4-cü dəfə layiq görülür. O, bir dəfə “Mançester Yunayted”də, iki dəfə isə İspaniya nəhəngi ilə “Qızıl buts” mükafatını qazanıb.
 
showpic el100 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp