Avropa Çempionatının seçmə qrup mərhələsinin son turunda Bolqarıstanın qonağı olan Azərbaycan millisi dəstəksiz qalmayıb. Futbolinfo.az saytının Sofiyaya ezam olunan müxbirinin verdiyi məlumata görə, dövlət bayrağımıza bürünən bir fanat yığmamızı baraban sədaları ilə dəstəkləyir.
Deyirlər "tək əldən səs çıxmaz". Ancaq bu dəfə istisna yaşanır.
Qeyd edək ki, Bolqarıstan – Azərbaycan matçında 4 fanat millimizi dəstəkləmək üçün Sofiyaya gəlib.
 
balaban - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp