Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində millimizlə keçirdiyi son oyunda 2:0 qalib gələn Bolqarıstan yığmasının baş məşqçisi İvayıo Petev  matçsonrası mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, bolqar mütəxəssis qələbəyə layiq olduqlarını bildirib.
– Düşünürəm ki, yaxşı oyun sərgilədik. Artıq ilk yarının ortalarında hesabı açdıq və bunun bizə xeyli köməyi oldu. Oyuna biz nəzarət edirdik və ədalətli qələbə qazandıq. Bəli, az azarkeş gəlmişdi, ancaq hər birinə son matçda bizə dəstək olduqlarına görə təşəkkür edirəm.
– Seçmə tsiklin başa çatmasından sonra özünüzü necə hiss edirsiniz?
– Pis. Çünki məqsədimiz qrup 3-cüsü olmaq idi. Bunu bacarmadıqsa, razı qala bilmərəm.
– Boş tribunalar sizə nəsə deyirmi?
– Qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə etməyən yığma üçün bu nörmaldı. Norveçə məğlub olduq və bunun nəticəsini görürük.
– Bu komandanın mərhələnin əvvəlindəkindən potensialı çoxdurmu?
– Əlbəttə! Bu gün də bunu gördünüz. Ancaq ən vacibi milli üzvlərimizin klublarında oynamasıdı. Təəssüf ki, onlar daha komanda yoldaşlarının oyununu izləməklə məşğuldu.
– Bu oyundan sonra millidə işləmək üçün motivasiyanız qalıbmı?
– Bəli, qalıb. Başladığım işi yarımçıq saxlamaq istəməzdim.
– Bolqarıstan Futbol İttifaqının rəhbərliyi ilə işinizi davam etdirmək barədə danışığınız olubmu?
– Xeyr, heç kimlə danışmamışam. Sonda Azərbaycan yığmasına gələcəkdə uğurlar arzulamaq istəyirəm.
CEYHUN ƏLİYEV, Sofiya
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp