"Arsenal"ın hücumçusu Aleksis Sançez qışda Madrid "Real"ına transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 
 
Belə ki, çilili futbolçu "Arsenal"dan ayrılmağı düşünmədiyini deyib: "Real"ın mənimlə maraqlandığını mətbuatdan öyrəndim. Ancaq "Arsenal"da xoşbəxtəm və komandadan ayrılmağı düşünmürəm".
 
Qeyd edək ki, İspaniya nəhəngi Sançez üçün "Arsenal"a 40 milyon avro ödəməyə hazır olduğu iddia olunur.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp