“Qalatasaray”ın ulduz futbolçusu Uesli Sneyder ikinci dəfə ata olub. Futbolinfo.az xəbər verir ki, hollandiyalı yarımmüdafiəçinin həyat yoldaşı məşhur model Yolans Kabau oğlan uşağı dünyaya gətirib.
Türkiyə mətbuatının yazdığına görə, yeni doğulan körpənin adı Xess Xava Sneyderdir. O, İstanbuldakı Amerikan Xəstəxanasında dünyaya gəlib.
Qeyd edək ki, 31 yaşlı futbolçunun ilk evliliyindən 9 yaşlı Jessey adlı oğlu var.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp