Bizi izləyin

Ölkə futbolu

Bu məğlubiyyəti “Rəvan” özü istədi

“Kəpəz”in əziyyətini yerə vurmayaq, gəncəlilər d&u…

blank
“Kəpəz”in əziyyətini yerə vurmayaq, gəncəlilər dünən “Bayıl Arena”da qələbə qazanmaq üçün hər şey etdi. Daimi hücumlar, xal qazanmaq üçün taktiki mübarizə, əzmkarlıq, istək qonaqların əsas silahı idi. Və bunun sonucunda “Rəvan” layiq olduğu son pillədə “möhkəmləndirildi”. Amma…
 
…Amma “Rəvan” bu oyuna uduzmaq üçün çıxmışdı. Start heyətinin kimin ağlının məhsulu olduğunu bilmirəm, həqiqətən də “11-liy”i baş məşqçi Emin Quliyev seçmişdisə, deməli, o, özünü qovdurmaq üçün hər şey etdi. Ruslan Tağızadənin “18-liy”ə salınmaması, komandanın yeganə hücumçusu Tural Qürbətovun, əsas oyunçulardan olan Nicat Muxtarovun ehtiyatda saxlanması yalnız rəqibə hədiyyə etmək anlamına gəlirdi. Təsadüfi deyil, məhz onların oyuna qoşulmasından sonra “Kəpəz”in qapıçısının istirahəti bitdi, qapısı önündə təhlükə gördü.
 
***
 
İlk yarının statistikası dəhşətli idi. Hətta narın yağış belə “Rəvan”dan fəal görünürdü, komanda tarixinin ən pis futbolunu oynayırdı. Müdafiə xərrinin bəzən 4 üzvünü təkbaşına aldadan qonaq hücumçular yalnız qola həsrət idi. Qapıya zərbələrdə hesab 8:0-a çatmışdı.
 
***
 
İkinci hissəyə əvəzetməylə başlayan Şahin Diniyev dizini yerə qoyduqları rəqibin belini qıra bildi. Bakılıları əldən salmış Aleksandr Sitniki əvəz edən yeni transfer Julian Ebah yorğun müdafiçilərin arasından sıyrılıb qol vurmalı idi. Və kamerunlu bunu ilk cəhdindəcə bacardı. Amma o, qolu rəqibin hansısa səhvindən səhvindən sonra vurmadı, fantastik zərbəylə fərqləndi. Bəlkə də mövsümün indiyəqədərki qolları arasında ən gözəlinin müəllifi olan hücumçu sinəsi ilə saxladığı topu qəfil zərbə ilə uzaq küncə göndərdi.
 
Rəqib özünə gəlməmiş Juninyo da fərqləndi – 2:0. Bundan sonra oyunu dağılan, müdafiədə oturub 1 xal qazanmaq istəyən “Rəvan” tamamilə pərən-pərən düşdü. Yerindən tərpənməyən Emin Quliyevin əvəzinə futbolçulara göstəriş verən, özünü baş məşqçi kimi aparan Rövşən Babayevin canfəşanlığı isə fayda vermədi. Adi epizodda Kənan Manafov, Novruz Məmmdəov və Orxan Lalayevin qırmızı vərəqə alaraq meydandan qovulması isə komandada intizamın hansı səviyyədə olduğunu göstərdi.
 
***
 
Elvin Əliyevin 3 illik fasilədən sonra Premyer Liqa matçına çıxması, zədələnərək erkən əvəzlənməsi də “Rəvan”ın durumunu təcəssüm etdirirdi. Həvəskarlar liqasında oynamağa layiq heyətlə “Kəpəz”ə qarşı heç nə sərgiləmək olmazdı və olmadı da. Bu heyəti yığan, bir neçə gün öncə 2 legionerdən imtina edən məşqçi heyəti, onlara güvənən klub prezidenti Samir Məliksoy, əsas köməkçiləri İlqar Axundovla Füzuli Əliyev bacarıqlarının maksimumunu sərgilədilər. İndi onları əvəz etmək üçün klubun sahibi Nuru Əliyev yeni heyət formalaşdırmalıdı. Güman ki, yeni baş məşqçi Bəhmən Həsənovla yanaşı, sabiq vitse-prezident Bəhruz Şirəliyev də idarəçiliyə gətiriləcək və yeni komanda quruculuğuna başlanacaq. Klubda ab-hava o qədər bərbaddı ki, toparlanmaq üçün bəlkə də aylar lazım olacaq.
 
***
 
Oyunda hakim səhvləri həddindən artıq çox idi. Orxan Məmmədov elə səhvlər edirdi ki, onun FİFA referisi olduğuna inanmaq olmur. Düzdü, nəticəni onun xətaları yox, “Kəpəz”in gücü və meydan sahiblərinin bərbad oyunu müəyyənləşdirdi. Amma yenə də “Rəvan”ın etiraz etməyə haqqı var. İlk yarının axırlarında gəncəlilərin vurduğu qol hesaba alınmayanda başverənlərə görə qonaqlar cəzalanmalıydı. Tural Axundovun zərbəsindən sonra müdafiəçinin ayağına dəyən top qapıya daxil oldu. Lakin daha öncə Sitnik passiv oyundankənar vəziyyətdə qolkiperin qarşısını kəsdiyi üçün qol doğru olaraq hesaba alınmadı. Bununla razılaşmayan qonaqların kapitanının qapıçıya qarşı etdiyi hərəkət qırmızı vərəqəlik epizod idi. Axundov əllə Konstantin Maxnovskiyə zərbə endirdi, qapıçının özünü yerə atmaması, centlmenliyi üstün tutması “Kəpəz”i bəladan qurtardı. Hakim isə “ağzının içində” olan qayda pozuntusunu görmədi. İş burasındadı ki, “Rəvan” çox bərbad idarə olunur və bu epizoda görə kimsə etiraz etməyi ağlından belə keçirmədi.
 
***
 
“Rəvan”a yazığım da gəldi. Rəqib 8 nəfərlə qaldıqdan sonra “Kəpəz”in baş məşqçisi Şahin Diniyevin və kapitanın “qol vurmayın” tapşırığı utancverici idi. Ola bilər, onların hər ikisi vaxtilə bu klubda çalışdıqlarından belə edirdi, amma bu jest bakılıları təhqir etməkdən başqa bir şey deyildi. Yiyəsiz kluba “Rəvan”dan haqsızlıqla uzaqlaşdırılanların rəhmi gəlmişdi.
 
***
 
Oyun bitincə qoldan sonra Diniyevi qucaqlayan Ebah gəncəli fanatlarla selfi çəkdirdiyi, “Kərəz”in Müşahidə Şurasının sədri Elmir Vəliyev mükafat payladığı zaman “Rəvan” düşərgəsində ölüm sükutu var idi. Bəhmən Həsnovun daxil olduğu qrup “zibilə saldıqları” Emin Quliyevi qovmaq üçün məşvərətə tələsirdi, stadionun koridorlarında isə özbaşınalıq hökm sürürdü. Hətta bir neçə uşaq hakimlər otağına girib onlara söz atmağa da imkan tapdı.
 
FƏRİD
Reklam

Reklam


blank
Digər idman növləri2024-06-14 23:40

Azərbaycan millisi 1/4 finala yüksəldi

blank
Milli komanda2024-06-14 23:22

Azərbaycan yığmasının baş məşqçisi daha bir neçə idman obyekti ilə tanış oldu

blank
Digər idman növləri2024-06-14 22:05

Azərbaycan yığmasından ilk oyunda qələbə

blank
Digər idman növləri2024-06-14 21:43

Cüdoçularımız Poreç Olimpiya təlim-məşq toplanışında

blank
Ölkə futbolu2024-06-14 20:30

“Şamaxı”dan Zamanovla yeni müqavilə

blank
Dünya futbolu2024-06-14 20:00

İngiltərə klubundan kapitanla yeni müqavilə

blank
Digər idman növləri2024-06-14 19:38

Azərbaycanın daha bir təmsilçisi Kazanda bürünc medal qazandı

blank
Dünya futbolu2024-06-14 19:26

“Borussiya”nın yeni baş məşqçisi bəlli oldu

blank
Ölkə futbolu2024-06-14 19:10

Musa Qurbanlı “Qarabağ”a qayıtdı – Rəsmi

blank
Digər idman növləri2024-06-14 19:05

“Barselona”nın yeni baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-06-14 18:50

Alkaras və “Nike” arasında yeni çoxmilyonlu müqavilə imzalandı

blank
Digər idman növləri2024-06-14 18:33

Sinner Olimpiadada Muzetti ilə duet təşkil edəcək

blank
Dünya futbolu2024-06-14 18:19

“Betis”dən İngiltərə klubuna

blank
Dünya futbolu2024-06-14 18:04

Alman polisi: “Spirtli içki qəbul edənlərə daha çox diqqət olacaq”

blank
Digər idman növləri2024-06-14 17:50

Açılış mərasiminin məşqi bu ayın sonunda olacaq

blank
Digər idman növləri2024-06-14 17:33

Azərbaycan samboçusundan Kazanda bürünc medal

blank
Dünya futbolu2024-06-14 17:17

“Real”dan 2 futbolçu ilə yeni müqavilə

blank
Digər idman növləri2024-06-14 17:00

Azərbaycan çempionatının tarixində dəyişiklik edildi

blank
Ölkə futbolu2024-06-14 16:47

AFFA futboldan uzaqlaşdırılan iki nəfərin şikayətini təmin etməyib

blank
Ölkə futbolu2024-06-14 16:33

Klublarımızın yay transferləri – YENİLƏNİR

blank
Ölkə futbolu2024-06-14 16:30

“Sabah” daha bir legioneri ilə vidalaşdı

blank
Dünya futbolu2024-06-14 16:14

“Borussiya” Hummelslə yollarını ayırdı

blank
I Liqa2024-06-14 15:55

Pley-off mərhələsinin cavab matçının təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-06-14 15:37

“Şamaxı”da baş məşqçinin köməkçiləri açıqlandı

blank
Dünya futbolu2024-06-14 15:19

İtaliyalı futbolçu AÇ-2024-ün ilk oyununu buraxacaq

blank
Dünya futbolu2024-06-14 15:00

Premyer Liqa klubunda yeni müdafiəçi

blank
I Liqa2024-06-14 14:42

“Karvan” və “İmişli” “Şamaxı”dan öndə

blank
Digər idman növləri2024-06-14 14:24

Makqreqorun döyüşü rəsmən ləğv edildi

blank
Digər idman növləri2024-06-14 14:09

Adsız və loqosuz klub yeni mövsüm üçün formasını təqdim etdi

blank
Digər idman növləri2024-06-14 13:54

Formula 1-in sahibi indi də Formula E-ni satın aldı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm