Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” Dortmundda “Borussiya”nın qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk bu gün oyunqabağı mətbuat konfransına çıxıb:
– Rəşad Sadiqovun burada olduğunu nəzərə alsaq, “Borussiya”dan əsas təhlükəni mərkəzdən gözləmək olarmı?
– Rəşadın burada olmağının elə mənası yoxdu. Sadəcə, burada olmalı idi.

– Futboloda totemə və ya hansısa talismanlara inanırsınızmı?
– Biz çalışırıq ki, daim uğur qazanaq. Gizlətməli bir şey yoxdu, bəzən belə anlar olur. Mən həyatda Allaha inan adamam. Həyatda düzgün yaşayıb, heç kimə pislik etmək olmaz.

– Komanda çempionatda son oyunlarda elə də yaxşı nəticələr göstərməyib. Futbolçuların psixoloji durumu necədi?
– 9 xaldan 7-ni itirdik. Həmin oyunlarda yaxşı oynamışdıq. Yalnız hücumda son nöqtəni qoya bilmirdik. Sabahkı oyun bizim üçün bayramdı. Çünki özümüzə inanırıq.

– Hər oyuna bayram kimi baxmaqla, sizə elçə gəlmirmi ki, şişirdirsiniz? Oyunlara sadə yanaşmaq olmazmı?
– Bayram deməklə heç də pislik görməmişik. Əvvəlki ev oyunlarında bu sözü təkrarlayıb, yaxşı oynamışdıq. “Borussiya” ilə oyunda qalib gələ bilərdik" sözünü dilimə gətirə bilmərəm. Həmin oyunda şanslardan istifadə edə bilmədik. Hər oyunda yaxşı oynamağı istərdik. İstərdim futbolçularımız da belə düşünsün. İstərdim ki, sabah ən yaxşı oyununu nümayiş etdirə bilsin.

– Dodo və Rafael Santosun durumu necədi? Sabah komandaya kömək edə biləcəklərmi?
– Onlar hazırdı və meydana çıxa biləcəklər. Heyəti müəyyənləşdirmişəm, amma açıqlamayacam.

– Obameyanqı saxlamaq üçün hansısa addımlar atmısınızmı?
– Obamyanq unikal futbolçudu. Hansı ki, belə futbolçu haqqında idman elmi maraqlanmalıdı. Çox cəld və sürətli futbolçudu. Ona qarşı oynamaq çətin olacaq. Bacardığımızı etməyə çalışacağıq.

– Belə çətin oyunlarda həlledici amil nədi və ilk dəqiqələrdə əsasən nəyə fikir vermək lazımdı?
– Çətin matçlarda hər bir futbolçu ən yaxşı oyunu göstərməldi. Taktiki düzülüşdən də çox şey asılıdı. Rəqibin hücumlarını neytrallaşdırmaq lazımdı. Bu, o demək deyil ki, sabah müdafiədən oynayacağıq. Müdafiə ilə bir şey əldə edəcəyimizi düşünmürük. Hücumlara da daha çox fikir verəcəyik.

– “Qəbələ” sabah qalib gəlsə, hansısa maraqlı addım atacaqsınızmı? Məslən,“Apollon”la oyundakı aerodrom kimi…
– Belə surprizlər mümkündü. Ötən dəfə mərhələ adlamaq üçün mübarizə aparırdıq. Bu dəfə isə qrup oyunudu. Əgər pley-offa vəsiqə qazansaq, bu haqda düşünmək olar.

ELMAR ABDULLA-ZADƏ, Dortmund