Ölkə futbolu
Yığmamızın üzvü oynadı, komandası qələbə qazandı
Türkiyə PTT 1-ci Liqasında 11-ci turun oyunları keçiril…
Türkiyə PTT 1-ci Liqasında 11-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, 21 yaşlılardan ibarət Azərbaycan millisinin üzvü Timur Təməltaşın şərəfini qoruduğu “Altınordu” da növbəti matçına çıxıb.
Adıçəkilən komanda evdə "Dənizlispor"la üz-üzə gəlib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Timur isə bu matçı əvəzedilmədən keçirib.
Qeyd edək ki, “Altınordu” 18 xalla 5-ci pillədə qərarlaşıb.