Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində Moldova ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, bu oyunla əlaqədar bu gün yığmamızın açıq məşqi və brifinqi olub.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan brifinqdə yığmamızın qapıçısı Kamran Ağayev jurnalistlərin suallarını cavablandırıb:
“Yoldaşlıq oyunu olsa da, Moldova ilə matça adi gözlə baxmırıq. Bizim üçün önəmli görüşdü. 2-3 gündü millinin düşərgəsində toplanışdayıq. Heyətdə kimlərin olmasının bir fərqi yoxdu. Yenə həmin əhval-ruhiyyədəyik. Motivasiyamız aşağı deyil. Yığmaya hamı özünü göstərməyə gəlir. Qarşıdakı oyunda da əlimizdən gələni edəcəyik. Hansı vəziyyətdə olduğumuz bu qarşılaşmada bəlli olacaq. Bütün uşaqlar əllərindən gələni etməlidilər. Ümumiyyətlə, millinin hər bir oyununda öz gücünü ortaya qoymalısan. Çünki hər bir oyun reytinqə təsir edir”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp