Noyabrın 17-də Moldova yığması ilə yoldaşlıq oyununda qarşılaşacaq Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi keçirilib. Futbolinfo.az xəbər verir ki, hazırlıq prosesi zamanı qarşıdakı oyun və məşqlər haqda “Kəpəz”in futbolçusu Tərlan Quliyev klub saytına fikirlərini açıqlayıb: 
“Təbii ki, futbolçunun milliyə çağırılması sevindiricidir. Bundan əvvəlki təlim-məşq toplanışlarına və seçmə mərhələnin matçlarına dəvət almışdım. Baş məşqçi Robert Prosineçki çempionat oyunlarını izləyir və məni yenidən yığmaya cəlb edib. Yoldaşlıq görüşü olsa da, biz elə belə oyunlarda özümüzü göstərməliyik. Meydanda şans verilsə, bacarığımı ortaya qoymaqla, etimadı doğrultmağa çalışacağam. Hazırlığımız da yaxşı gedir. Səylə məşq edirik, hər şey yaxşıdır”. 
Xatırladaq ki, millinin düşərgəsində Quliyevlə yanaşı, “Kəpəz”in daha bir üzvü Rəşad Eyyubov da yer alıb.   
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp