Sabah Azərbaycan milli komandası yoldaşlıq görüşü çərçivəsində Moldova ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, bu, yığmamızın moldovanlara qarşı keçirəcəyi 9-cu matç olacaq. 
Daha öncə baş tutan 8 oyunun 1-də yığmamız, 3-də isə rəqib qələbə qazanıb. 5 matçda isə tərəflər meydandan bərabərliklə ayrılıb. Komandamızın rəqib üzərində ilk və tək qələbəsi 1998-ci ildə qeydə alınıb. Bakıda yoldaşlıq oyunu (YO) çərçivəsində baş tutan qarşılaşmada komandamızın qələbə qoluna Yunis Hüseynov imza atmışdı. 
01.09.1994. Moldova 2:1 Azərbaycan (YO)
22.03.1998. Azərbaycan 1:0 Moldova (YO)
24.03.2001. Azərbaycan 0:0 Moldova (DÇSO-2002)
01.09.2001. Moldova 2:0 Azərbaycan (DÇSO-2002)
31.03.2004. Moldova 2:1 Azərbaycan (YO)
09.02.2005. Azərbaycan 0:0 Moldova (YO)
18.05.2006. Azərbaycan 0:0 Moldova (YO)
26.05.2010. Moldova 1:1 Azərbaycan (YO)
Bu görüş yığmamızın 2015-ci ildə keçirəcəyi sonuncu – 8-ci matçı olacaq. Robert Prosineçkinin yetirmələri bu oyunların 1-də qalib gəlib, 3-də isə məğlubiyyətlə barışmalı olub. Digər 4 qarşılaşmada isə qalib müəyyənləşməyib. 
Moldova Özbəksitandan sonra yığmamıza ən çox rəqib olmuş 2-ci komanda ünvanını ələ keçiriəcək. Millimiz Orta Asiyalılarla indiyədək 10 dəfə üz-üzə gəlib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp