Fransada baş verən terror aktından sonra daha bir olay futbol meydanlarında əksini tapıb. Almaniya və Hollandiya yığmaları arasında baş tutmalı olan yoldaşlıq görüşü keçirilməyib. 
Futbolinfo.az xəbər verir ki, “HDİ Arena”da keçirilməli olan qarşılaşmanın baş tutmamasının səbəbi şübhəli çemodanın aşkarlanması olub. Dərhal izolyasiya edilən arenanın ətrafındakı küçələr də təhlükəsizlik xidməti tərəfindən mühafizəyə götürülüb. Tapılan əşyanı polis araşdırır.
Qeyd edək ki, oyunu Almaniya kansleri Anhela Merkel də izləməyi planlaşdırırdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp