Dünən AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına 0:3 hesabı ilə uduzan Rusiya millisinin baş məşqçisi Dmitri Xomuxa Rusiya Futbol Federasiyasının rəsmi saytına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı millimizə böyükhesablı məğlubiyyətdən danışıb.
Xomuxa bildirib ki, bu məğlubiyyətə heç bir bəhanə gətirmək olmaz: “Bu məğlubiyyət üçün hər hansı ad fikirləşmək çətindir. Bəhanə lazım deyil. Zəif çıxış etdik. Biz oyunun əvvəlində qol vurmaq üçün şans əldə etsək də, boşa verdik. Təəssüf edirəm ki, uğurlu ola bilmədik. Rəqib sona qədər mübarizə apardı və bizm zəif yerlərimizdən istifadə etdi. Buarxdığımız səhvləri təhlil edəcəyik. Komandada mənəvi durum da yaxşı deyil. Artıq buraxdığımız ikinci qoldan sonra vəziyyəti bərpa etmək mümkün olmadı. Çünki komanda özünə güvənmirdi”.
Mütəxəssis komandaya təcrübə lazım olduğunu bildirib: “Bu, məşqçi karyeramdakı ən pis məğlubiyyətlərdən biridir. Çox ağır idi. Komandamıza bir az təcrübə lazımdır. Məsələn, Almaniya və Avstriya kimi komandalarda çıxış edən futbolçular öz çempionatlarında, oynadığı klublarda əsas heyətə düşürlər. Bizimkilər isə az-az hallarda bu şansı əldə edir. Almaniya və Avstriya millisinin heyətində hətta Çempionlar Liqasının qrup mərhələsində çıxış edən futbolçular da var. Bu da öz təsirini göstərir”.
O, komandasının AÇ-2017-nin final mərhələsinə getmək üçün şanslarının çox az olduğunu qeyd edib: “Nəzəri cəhətdən cüzi şansımız qalıb. Amma növbəti illərdə belə olmayacaq. O zaman rəqiblərimiz üçün çətinlik yaradacağıq. Komandaya yeni oyunçular cəlb edəcəm və axtarışa başlamışam. Çalışacam ki, əsas liqada və birinci liqada oynayan futbolçular olsun. 2016-cı ilin yanvar ayında MDB kuboku keçiriləcək və milli komandaların oyunları olacaq. Orda bir çox futbolçuları sınaya bilərik”.
Shares: