Sabri Sarıoğlu “Qalatasaray”ı tərk edəcək. Futbolinfo.az xəbər verir ki, bu haqda məlumatı “sarı-qırmızılar”ın rəsmi internet saytı yayıb.
Mənbədə bildirilib ki, mövsüm sonu Türkiyə millisinin sabiq üzvü ilə yollar ayrılacaq. Kapitanla imzalanan 1+1 illik müqavilənin +1 hissəsi ləğv olunacaq: “Sabri Sarıoğlu ilə komandamız arasında 1+1 olaraq, imzalananan müqavilənin futbolçunun mövsüm üçün bəlli matç sayına çatacağı təqdirdə avtomatik uzadılma hissəsi ləğv edilib”.  
Qeyd edək ki, 31 yaşlı müdafiəçi 2003-cü ildən İstanbul təmsilçisinin heyətində çıxış edir. O, futbolun sirrlərini də məhz bu komandada öyrənib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp