Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində dünən “Mil-Muğan”ı (7:0) böyük hesabla məğlub edən “Qəbələ” bu gün yenidən bir araya gəlib. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” səhər saatlarında məşqə çıxıb.
Futbolçular trenajor zalında çalışıb. Növbəti turda səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq "qırmızı-qaralar" bu gün Bakıya gəlib, sabah Lənkərana yola düşəcək. Dünənki oyunda ayağında ağrı hiss edib, matçı yarımçıq tərk edən Ruslan Abışovun zədəsi elə də ciddi deyil. O da komanda ilə birlikdə səfərə çıxacaq. 
Qeyd edək ki, sözügedən qarşılaşma ayın 6-ı, saat 16:00-da, Lənkəran şəhər stadionunda baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp