İspaniya Kubokunda 1/16 final mərhələsinin ilk oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Eybar” da növbəti matçına çıxıb.   
 
Adıçəkilən komanda səfərdə "Ponferradina" ilə üz-üzə gəlib. Görüş qonaqların 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan İsrafilov isə 56-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşması dekabrın 16-da keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp