Ötən mövsümün sonunda Bakı “İnter”indən ayrılan ispaniyalı müdafiəçi İvan Benites cari ilin startında yenidən paytaxt təmsilçisinə qayıtdı. Futbolinfo.az xəbər verir ki, təcrübəli oyunçu Zaur Svanadzenin istəyi ilə heyətə qaytarıldı. 
Lakin 1-2 matçdan sonra Benites yaşıl meydanlarda görnümədi. Zədəsi olduğu deyilən futbolçunun problemi ciddidir. Belə ki, ayağında yırtıq olan oyunçu əməliyyat olunub. Saytımıza danışan pirineyli ən yaxşı halda 15 gün sonra sağalacağını bildirib: “Zədəm ciddi idi. Əməliyyat olundum. 15 gün sonra ola bilər ki, meydanlara qayıdım”.
Benites bildirib ki, komandadan qalıb-qalmayacağına da hələ aydınlıq gəlməyib: “Hələ bilinmir ki, komandada qalacam, ya yox. Düşünürəm ki, burda qala bilərəm, amma hələ heç nə bəlli deyil”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp