Dekabrın 3-də və 4-də Bakıda “UEFA Certificate in Football Management” tədris kursunun seminarı keçirilib. Futbolinfo.az xəbər verir ki, proqramın məqsədi UEFA-nın üzvləri və partnyorları arasında idman, xüsusilə futbol menecmenti üzrə biliklərin artırılmasıdır. 
Proqram UEFA və Lozanna Universitetindəki  “Swiss Graduate School of Public Administration” (IDHEAP) dəstəyi ilə qitə futbol qutumunun üzvü olan müxtəlif ölkələrdə keçirilir. 
Tədbirdə AFFA-nın, Azərbaycan klublarının və beynəlxalq futbol təşkilatlarının nümayəndələri iştirak edib. Tədbirdə yerli klub nümayəndələrindən "Sumqayıt"ın prezidenti Kamran Quliyev, "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov, "Qarabağ"ın meneceri Asif Əsgərov və başqaları olub.
 
1+%282%29 - Futbolinfo.az1+%2811%29 - Futbolinfo.az1+%2812%29 - Futbolinfo.az1+%2821%29 - Futbolinfo.az1+%2819%29 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp