Ölkə futbolu
"Xəzər Lənkəran"a niyyət, AZAL-a qismət
Milliləşmiş futbolçu Mirzağa Hüseynpurun mövs&uum…
Milliləşmiş futbolçu Mirzağa Hüseynpurun mövsümün 2-ci hissəsini keçirəcəyi klubun adı böyük ölçüdə həllini tapıb. Futbolinfo.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi Samir Abasovun komandadan kənarlaşdırdığı yarımmüdafiəçi sabah AZAL-la rəsmi müqaviləyə imza atacaq.
Qış fasiləsində hazırlıqlarını “Xəzər Lənkəran”ın düşərgəsində keçən 25 yaşlı oyunçunun “təyyarəçilər”ə üstünlük verməsinin səbəbi ailə problemləri ilə əlaqələndirilir. Cənublular AZAL-la nisbətdə Hüseynpura daha çox maaş təklif etsə də, o, paytaxtda məskunlaşmağa üstünlük verib.
Əslində bu, inandırıcı görünmür. Sadəcə, “Xəzər Lənkəran” rəhbərliyinin söz verib, aldatdığı futbolçuların siyahısı o qədər uzundu ki, Hüseynpur adının həmin sıralamaya əlavə olunmasından çəkinib.
Mirzağananın transferi ilə bağlı xəbəri AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov da təsdiqlədi: “Futbolçuyla böyük ölçüdə razılığa gəlmişik. Bu gün tibbi müayinədən keçəcək. Hər şey qaydasında olsa, sabah onunla rəsmi müqavilə imzalanacaq”.
- Ölkə futbolu2024-06-15 18:15
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-06-14 12:35
“Sabah” daha bir legioneri yola salır
- Ölkə futbolu2024-06-14 08:35
Kadi Murad Musayevə “Qarabağ”a qayıtmaq istədiyini deyib
- Milli komanda2024-06-14 11:30
Leandro Andrade: “Rəğbət bəslədiyim milliyə rəğbət bəslədiyim məşqçi təyin olunub”