"Yuventus"un qapıçısı Canluici Buffon "Real"dakı həmkarı İker Kasilyas haqda müsbət fikirlər səsləndirib. Futbolinfo.az xəbər verir ki, italiyalı İspaniyanın "AS" qəzetinə açıqlamasında İkerin oyununu çox bəyəndiyini deyib: 
 
"Məncə, dünyanın ən yaxşı qapıçılarından biri Kasilyasdı. Onun ehtiyatda qalmasını qəbul etməsi çox çətindi. Ötən mövsüm İkerin forma geyinməməsinin səbəbinin yalnız taktika ilə bağlı olduğunu düşünmürəm, başqa şeylər də var idi. Amma Lopezin inamlı çıxısına da göz yummaq olmaz".
 
Qeyd edək ki, Kasilyas son açıqlamasında üç ay ərzində vəziyyət bu cür davam edərsə, klubdan ayrılacağını bildirmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp