Ölkə futbolu
Meksikalı futbolçunun "Neftçi" yalanı
Meksikalı sabiq futbolçu Erik Marin diqqətçəkən a&cc…
Meksikalı sabiq futbolçu Erik Marin diqqətçəkən açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, yerli mətbuata danışan cənubi amerikalı Azərbaycandan da söhbət açıb.
O, karyerası ilə bağlı açıqlama verərkən "Neftçi"də də çıxış etdiyini bildirib. Maraqlısı budur ki, Marin jurnalistlərə yalan məlumat verib.
Meksikalı yalan xatirələrini belə vərəqləyib: “Mən xaricdə çempion olmuş meksikalıyam. Azərbaycanda “Neftçi” ilə ölkə birincisi olmuşam. Bu, mənim üçün böyük xoşbəxtlikdir. Xaricdə ölkəni təmsil etmək qürurvericidir”.