“İnter”in yay toplanış proqramı məlum olub. Futbolinfo.az xəbər verir ki, “bankirlər”in təlim-məşq toplanışı 3 mərhələdən ibarət olacaq.
Baş məşqçi Zaur Svanadze iyunun 18-də kollektivi bir araya toplayacaq. Həmin gün Türkiyəyə yola düşəcək Bakı klubu ayın 30-da vətənə dönəcək. İlk hazırlıq mərhələsi çərçivəsində yoxlama görüşü planlaşdırılmayıb.
İyulun ilk 10 günündə öz bazasında hazırlıq keçəcək “İnter” həmin ayın 11-də yenidən Türkiyəyə gedəcək. Budəfəki məkan isə Qızılcahamam olacaq. 19 günlük toplanış müddətində 5 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub. “İnter”lə yoxlama görüşləri təşkil edən şirkət arasında imzalanan müqaviləyə görə, rəqiblərdən ən azı 2-si Türkiyə Superliqa təmsilçisi olacaq. Ancaq həmin komandaların adları hələ bəlli deyil.
İyulun 30-da Bakıya dönəcək paytaxt klubu növbəti mövsümün son hazırlıqlarını “İnter Arena”da keçəcək. (Apasport)