Azərbaycan milli komandasının əsas qapıçısı Kamran Ağayevin klubsuz qalmasından xəbərdarsınız. Son olaraq, “İnter”in formasını geyinmiş Ağayev hazırda fərdi məşqlərlə kifayətlənir. Onun hazırlığına Azərbaycan milli komandasının qapıçı məşqçisi Faiq Əzizov nəzarət edir.

Kamran Ağayev fərdi şəkildə hazırlaşmaqla yanaşı,  klub axtarışını da davam etdirir. Futbolinfo.az saytı xəbər verir ki, Ağayev 2 günlük İran səfərini həyata keçirib. Menecerlərin dəvəti ilə qonşu ölkədə olmuş Ağayev potensial klubları ilə razılıq əldə edə bilməyib.

Belə ki, tərəflər arasında maliyyə məsələlərində razılıq əldə olunmayıb. Bundan əlavə, Kamran Ağayev “çiy söhbət”lərin arxasınca getmək istəməyib. Səhər bir, günorta bir, axşam digər söz eşidən təcrübəli qolkiper vətənə qayıtmağı lazım bilib.

Son məlumata görə, cənuba “yox” deyən Ağayev şimal variantlarını nəzərdən keçirir. Onun hazırda Rusiyada oynamaq ehtimalı var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp