İsveç çempionatında 18-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası – "Kalmar" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Malmö" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1. Start heyətdə meydana çıxan Emin yenə 90 dəqiqə oynayıb. O, 59-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

"Kalmar" geridə qalan turlarda topladığı 22 xalla 16 klub arasında 10-cu pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp