Bizi izləyin

Ölkə futbolu

Belə sponsordan olmaz!..

PFL-lə Premyer Liqaya dair müqavilə imzalayan “Topaz&rdqu…

blank
PFL-lə Premyer Liqaya dair müqavilə imzalayan “Topaz”dan xəbər-ətər yoxdu. Yox-yox, məntəqələri fəaliyyət göstərir. Ancaq sponsor kimi bannerləri görünmür. Çempionatın 2 turu arxada qalıb, amma “Topaz”ı azacıq da görən tapılmayıb.
 
Fakt budu ki, şirkət PFL-ə müəyyən vəsait köçürməlidi. Çempionatda 28 tur olacaq. Bu da 112 oyun deməkdi. Sözügedən qarşılaşmaların 8-i arxada qalıb, daha 4-ü qapını döyür. Demək ki, çempionat oyunlarının təxmini 10 faizi arxada qalacaq. Bəs, hanı bu “Topaz”?  Reklama ətək-ətək pul tökürlərsə, deməli, bunun qarşılığını da görməlidilər axı!
 
Rəsmi baxsaq, 2 cavab görürük: ya mərc şirkəti səpələdiyi pulun qarşılığını axtarmır və çempionatın keçirilməsinə məsul quruma bannerlərini təqdim etməyib, ya da PFL müqavilə şərtlərini yerinə yetirmir. Hər iki halda, “Topaz”ın qeyri-peşəkarlığı faktı üzə çıxır. Bannerləri təqdim edibsə, nəyə görə yerləşdirilməsini tələb etmir? Bannerlərini verməyibsə, nəyə görə 10 faizlik itkiyə məruz qalır?
 
Bəlkə heç biri deyil və məsələnin qeyri-rəsmi tərəfi var? Deyək ki, ölkə çempionatında iştirakçıların sayı 8-ə endikdən sonra Premyer Liqaya sponsorluq etmək heç bir quruma maraqlı gəlməyib. Ancaq uzun illər çempionatın sponsoru olduqdan sonra birdən-birə bundan məhrum olmaq həm AFFA-ya, həm də PFL-ə reytinq baxımından mənfi təsir göstərəcəkdi. Deməli, çempionatın sponsoru ən azından, kağız üzərində də olsa, öz əksini tapmalı idi.
 
Az-çox PFL-lə işbirliyi olmuş şirkətlər arasında isə “Topaz” öncüllər sırasındadı. Böyük ehtimalla, “Topaz”la dostluq memorandumu imzalanıb. Məğzi də təxmini bu cür olub: “Adı Topaz Premyer Liqası kimi səslənsin, amma heç bir banner qoyulmayacaq. Təbii ki, buna görə heç bir vəsait də ödənilmir”.
 
Mərc oyunları bazarında monopoliyanın hökm sürməsi “Topaz”ın reklamsız da müştəri auditoriyasına sahib olmasını şərtləndirir. Ancaq təklif etdiyi şərtlər təbii ki, əksər oyunçuları bu kampaniyadan uzaq durmağa vadar edir. Rəqabətsizlikdə isə kef elə, nə tutsan, qənimətdi.
 
Elə bunun nəticəsidi ki, ilk 2 turda meydan sahiblərinin və səfər komandalarının yerləri eyni sayda dəyişsə də, “Topaz” bunu vecinə də almayıb. “Qarabağ” – “İnter” və “İnter” – “Qəbələ” oyunlarına dair yerdəyişmə haqda məlumat xeyli əvvəldən verilsə də, “Topaz” mərclərdə bunu nəzərə almayıb. İndi həmin mərcdən qalib ayrılan insanların durumunu təsəvvür edin. Məsələn, “Qarabağ”ın “İnter”ə məğlub olacağını təxmin edən oyunçu ertəsi gün uduşunu almağa gedir və “Topaz”dan ona “bu matç gündəlikdən çıxarılıb, meydan sahibi dəyişdiyi üçün əmsal 1.00-lə hesablanır”  cavabı verilir. Niyə? Sənin monopolist qurumunun niyə oyunun yerinin dəyişdirilməsindən xəbərin yoxdu? Oyunçunun günahı nədi ki, sən işini peşəkar səviyyədə qura bilmədiyinə görə zərər çəksin? Özü də söhbət hansısa xarici çempionatdan getmir e, qılağının dibində, vətənin – Azərbaycan çempionatından danışırq və belədə, “xəbərimiz olmayıb” demək, gülüncdü!
 
Onsuz da mərc gələn insanlar hər qəpiyinin qədrini bilənlərdi. Onsuz da “Topaz”ın təqdim etdiyi əmsallar rüsvayçı idi. Onsuz da “Topaz”ın irəli sürdüyü “tək oyunları qəbul etmirəm” şərti absurd idi. İndi də “gülünü çıxardılar”. Nəvaxtsa ayılıb görəcəklər ki, “Bakı”nın aqibətini yaşamaqdadılar. Niyə məhz “Bakı”nın? Bir sualın cavabını da özünüz tapın.
 
CEYHUN ƏLİYEV
 
P.S.: Bütün bu suallara aydınlıq gətirmək, “İnter” – “Qarabağ” və “Qəbələ” – “İnter” oyunlarına əmsal açıqlamağına baxmayaraq, matç bitdikdən sonra onları ləğv etmələrinin səbəbini “Topaz” rəsmilərindən öyrənmək istərdik. Amma danışmaq üçün kimsəni tapa bilmirik.
Reklam

Reklam


blank
Ölkə futbolu2024-06-07 21:21

Hakimləri təhqir edən məşqçiyə 5 oyunluq cəza

blank
Milli komanda2024-06-07 21:00

Millimiz Albaniyaya qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-06-07 21:00

Azərbaycan atleti AÇ-də mübarizəni dayandırdı

blank
Milli komanda2024-06-07 20:44

Yığmamız Türkiyəyə böyük hesabla uduzdu

blank
Digər idman növləri2024-06-07 20:30

2026-cı ildən Formula 1-də maşınlar tam fərqli olacaq

blank
AÇ-20242024-06-07 20:15

İspanlar AÇ-2024 üçün yekun heyəti açıqladılar

blank
Dünya futbolu2024-06-07 20:00

Salah mövsümün futbolçusu seçildi

blank
Digər idman növləri2024-06-07 19:45

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər

blank
Milli komanda2024-06-07 19:30

Azərbaycan millisindən AÇ-də növbəti qələbə

blank
Ölkə futbolu2024-06-07 19:16

“Qarabağ” klubunun fəxri prezidenti klub rəsmiləri ilə görüşdü

blank
Ölkə futbolu2024-06-07 18:59

“Şamaxı”nın futbolçusu “Səbail”ə lazım olmadı

blank
Dünya futbolu2024-06-07 18:44

“Çelsi”dən yeni transfer

blank
Digər idman növləri2024-06-07 18:30

Güləşçimiz reytinq turnirinin 1/4 finalında uduzdu

blank
Ölkə futbolu2024-06-07 18:15

Şəhid övladları üçün yay düşərgəsi başa çatıb

blank
Ölkə futbolu2024-06-07 18:00

Klublara lisenziyalar təqdim olundu

blank
Ölkə futbolu2024-06-07 17:46

Şeydayev Sağlamı günahkar etdi

blank
Dünya futbolu2024-06-07 17:31

Avropa çempionatı: keçirildiyi yer və əsas tarixlər

blank
Müsahibə2024-06-07 17:19

20 ilin Aslanı: “Elxan Səmədovun xəstəxanadakı palatası iclas otağımız oldu”

blank
Milli komanda2024-06-07 17:00

Yığmamız İsveçrə, Estoniya və Kiprlə qarşılaşacaq

blank
Milli komanda2024-06-07 16:45

Millimizin rəqibləri müəyyənləşdi

blank
Ölkə futbolu2024-06-07 16:30

“Səbail” müdafiəçisi ilə vidalaşdı

blank
Digər idman növləri2024-06-07 16:14

Məşhur brenddən Cokoviçə kreativ dəstək

blank
Ölkə futbolu2024-06-07 15:59

“Şamaxı”da növbəti vida

blank
Ölkə futbolu2024-06-07 15:44

“Səbail” müdafiəçisi ilə müqaviləni uzatdı

blank
Ölkə futbolu2024-06-07 15:36

“Kəpəz”də ayrılıq

blank
Ölkə futbolu2024-06-07 15:27

AFFA Qəbələ və İsmayıllıda “Bahar turniri” keçirəcək

blank
I Liqa2024-06-07 15:11

“Karvan” yeni mövsümdə daha iddialı olacaq

blank
Müsahibə2024-06-07 14:54

Cica “Qarabağ”da qalmaq istəyir: “Başqa məsələlər barədə nəsə deyə bilmərəm”

blank
Ölkə futbolu2024-06-07 14:39

Tərlan Quliyev heç bir təklif almayıb

blank
Digər idman növləri2024-06-07 14:22

Basketbol Liqasının autsayderi baş məşqçi ilə vidalaşdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm