Dünya futbolu
“Fənərbaxça” hollandiyalı futbolçu aldı
Türkiyənin “Fənərbaxça” klubu baş məşq&c…
Türkiyənin “Fənərbaxça” klubu baş məşqçi dəyişikliyindən sonra ilk transferini həyata keçirib. Futbolinfo.az klubun rəsmi saytına istinadla xəbər verir ki, “sarı-lacivərdlilər” Cermeyn Lensi heyətə cəlb ediblər.
Yeni çalışdırıcı Dik Advokatın istəyi ilə “Sanderlend”lə aparılan danışıqlar müsbət nəticələnib və Lens yenidən sevimli məşqçisinin yanına yollanıb. Razılığa əsasən, Hollandiya millisinin yarımmüdafiəçisi cari mövsümü icarə əsasında “Fənərbaxça”da keçirəcək.
Qeyd edək ki, Cermeyn Lens keçən ilin yayında “Sanderlend”ə 8 milyon avro qarşılığında Kiyev “Dinamo”sundan keçmişdi.
