Hazırda Bakıda olan braziliyalı ulduz Ronaldinyonun bu gün Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda keçiriləcək "Qarabağ" – PAOK oyununu stadiondan izləyib-izləməyəcəyi hələ məlum deyil. Futbolinfo.az xəbər verir ki, bu haqda "Qəbələ"nin prezidenti Tale Heydərov açıqlama verib: 

"Ronaldinyonun səfəri qısa müddətlik nəzərdə tutulub. Ona görə də hələlik, onun "Qarabağ" – PAOK oyununu izləyəcəyi məlum deyil. Hər şey proqramdan asılıdır".

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp