Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, "Neftçi" doğma meydanda "Qarabağ"ı qəbul edir. 

Hazırda "Bakcell Arena"da keçirilən qarşılaşmada ev sahibi komandanın azarkeşləri maraqlı pankart açıb. Onlar üzərində "Tarixi kluba layiq olmayan 11-lik. Xəyallarımızla deyil, ürəyinizlə oynayın" plakat açmaqla son dönəmlər uğursuz nəticələri ilə yadda qalan komandalarına etirazlarını bildiriblər. 

Qeyd edək ki, yenicə start götürən matçda hesab hələ açılmayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp