Milli komanda
Millimiz bu gün Belfasta yollanır
DÇ-2018-in seçmə mərhələsi çərçivəsi…
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyanın qonağı olacaq millimizin səfərə yollanacağı vaxt bəllidi. Futbolinfo.az xəbər verir ki, yığmamız bu gün yola düşəcək.
Komandamız saat 14:00-da, çarter reysi ilə Belfasta yola düşəcək. Təyyarə Heydər Əliyev adına hava limanından havalanacaq.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu noyabrın 11-də Belfastdakı "Uindzor Park" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)