Premyer-liqa
AFFA Qriqorçuku cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fut…
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, bu gün keçirilən iclasda Topaz Premyer Liqasının 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Kəpəz” – “Sumqayıt” matçının 62-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Neftçi” – “İnter” matçında “İnter”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
AZAL – “Qəbələ” matçında AZAL-ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 14-cü dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.
İntizam Komitəsi matçın video yazısına baxdıqdan sonra aşağıdakı qərarı qəbul edib:
Oyunun 11-ci dəqiqəsində AZAL-ın futbolçusu İlqar Ələkbərov rəqib oyunçuya qarşı kobud oyuna görə 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-06-30 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Milli komanda2024-07-01 08:00
AFFA-ya üsyan: futbolçular milli komandanın düşərgəsinə gəlmək istəmir
- Ölkə futbolu2024-06-30 21:00
“Qarabağ”dan ayrıldı, Türkiyə klubu ilə müqavilə bağladı
- Ölkə futbolu2024-07-01 08:59
“Neftçi” daha üç futbolçu ilə razılaşdı, biri yola salındı