Milli komanda
Yığmamız Belfastdan 8 televizorla qayıtdı
DÇ-2018-in seçmə mərhələsi çərçivəsi…
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya yenilən (0:4) millimiz vətənə əliboş dönməyib. Futbolinfo.az xəbər verir ki, komandamız Bakıya 8 televizorla qayıdıb.
Bu iddia ilə Britaniyanın məşhur “SKY Sport” kanalı çıxış edib. Yazılanlara inansaq, səfər zamanı Belfastdakı elektronika mağazasından millimiz üçün 8 televizor alınıb. Adıçəkilən mallar qarşılaşmadan sonra millini Bakıya gətirən təyyarəyə yüklənib.
Televizorlardan üçünün diaqonalının 72 düym olması iddia edilir. Alınan malların ümumi dəyəri 12 min funt-sterlinqdir.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)