Bizi izləyin

I Liqa

“Səbail”in iştahı artıb: "Çempionluq barəsində danışa bilərik"

“Səbail” 1-ci divizionda çempionluq uğrunda m&uum…

blank

“Səbail” 1-ci divizionda çempionluq uğrunda mübarizəyə hazırdı”. Bu sözləri futbolinfo.az saytına verdiyi müsahibədə paytaxt klubunun baş məşqçisi Elman Sultanov söylədi.

Mütəxəssis Türkiyə toplanışından ağız dolusu danışaraq, komandasının  bundan xeyli fayda görəcəyinə əminliyini bildirdi: “Klub rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Bir çox Premyer Liqa klublarının ölkə xaricinə yollana bilmədiyi bir dönəmdə komandamıza ideal şərait yaradıldı. Hər şey ən yüksək səviyyədə idi. Toplanış zamanı da nə istədiksə, bizim üçün hər şey edildi. İndi bunun qarşılığını verməyin zamanıdı”.

Qış fasiləsində “Səbail” rənglərinə 10 futbolçu qatdı. Yenilənmiş heyət üçün cəmi 3 yoxlama görüşü çox az deyilmi? Sultanovun qənaətinə görə, bu, komandasına ciddi problem yaşatmayacaq: “Bəli, heyətə xeyli sayda futbolçu qatmışıq. Müxtəlif rotasiyalara əl atdıq. Yoxlama oyunlarında nəticə arxa planda idi. Qarşımıza üz-üzə gəldiyimiz bütün rəqibləri məğlub etmək vəzifəsi qoysaydıq, bunun öhdəsindən gələrdik. Ancaq biz ideal heyətin formalaşması barədə düşünürdük. Bir sıra oyunçuları müxtəlif mövqelərdə sınadım. İdeal start heyətini müəyyənləşdirmək üçün hər bir futbolçuya kifayət qədər şans verildi. Eyni zamanda, biz komandadaxili oyunlar da təşkil etdik ki, müxtəlif sxemləri nəzərdən keçirə bilək. Elə bir oyun olmadı ki, limiti nəzərə almayım. Bütün qarşılaşmalarda 5 gənc futbolçuya şans verirdim. Nə gizlədim, istədiklərim tam həyata keçdi”.

Maraqlıdı ki, qış fasiləsi dönəmində “Səbail” heyətinə 2 qapıçı – Emil Balayev və Rəşad Əzizlini qatdı. Baş məşqçi üçün “1 nömrə” kim olacaq? Sabiq müdafiəçi bu suala diplomatik cavabla kifayətləndi: “Bunu hələ müəyyənləşdirməmişəm. Kim güclüdürsə, kim daha layiqdirsə, çərçivə də ona etibar olunacaq. Qarşıda hələ 2 günümüz var. İnanın, heç “Mil-Muğan”la görüşdə qapımızı kimin qoruyacağına dair də qəti qərar verməmişəm. Ancaq hər iki əlcək sahibi ilə bu barədə söhbətim olub. Onların hər ikisinə güvənirəm və hər biri dövrə ərzində yetərincə şans qazanacaq”.

Heyətinə yetərincə oyunçu qatan, təlim-məşq toplanışına ölkə xaricinə yollanan komandanın iştahı da buna münasib olmalıdı. Bəs, baş məqşçi bu barədə nə düşünür? Sultanov da iştahlı olduğunu gizlətmədi: “Mövsümün əvvəlində yüksək yerlər uğrunda mübarizə aparmaq niyyətində idik. Ancaq turlar ötdükcə istəyimiz də artdı. İndiki vəziyyətdə isə çempionluq barəsində danışa bilərik. Yaxşı hazırlıq keçmişik, heyəti gücləndirmişik. Liderlə xal fərqimiz elə də çox deyil. “Turan”dan cəmi 5 xal geridəyik. Yəni, hər şey öz əlimizdədi. Qızıl medallar uğrunda mübarizədə əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

CEYHUN ƏLİYEV

Reklam

Reklam


Ölkə futbolu2024-07-18 02:25

KL: Meydan sahibləri üçün uğursuz gün

blank
Dünya futbolu2024-07-18 02:16

Azərbaycanlı futbolçu ÇL-lə vidalaşdı

blank
Ölkə futbolu2024-07-18 01:24

Rahil Məmmədovun yeni klubu bəlli oldu

blank
Ölkə futbolu2024-07-18 00:30

Klublarımızın yay transferləri – YENİLƏNİR

blank
Digər idman növləri2024-07-17 21:54

“Sabah” Ukrayna klubuna qalib gəldi

blank
Ölkə futbolu2024-07-17 21:43

“Səbail”dən son oyunda heç-heçə

blank
Dünya futbolu2024-07-17 20:50

Yoro olmasa, Ta üçün təklif göndəriləcək

blank
Ölkə futbolu2024-07-17 20:39

“Neftçi” “Sivasspor”a qalib gəldi

blank
Digər idman növləri2024-07-17 20:32

Məşəl estafeti məşhur arenaya çatdı

blank
Digər idman növləri2024-07-17 20:15

Babayeva Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazandı

blank
Dünya futbolu2024-07-17 20:00

Messi ən azı 2 oyunu buraxacaq

blank
Ölkə futbolu2024-07-17 19:45

“Sumqayıt”ın rəqibindən Türkiyə klubu ilə heç-heçə

blank
Dünya futbolu2024-07-17 19:30

37 yaşlı Vertongenlə yeni müqavilə

blank
Ölkə futbolu2024-07-17 19:15

“İlk oyundakı səhvlərimiz üzərində işləmişik” – “Şerif”in futbolçusu

blank
Ölkə futbolu2024-07-17 19:00

“Zirə”dən güclü olduğumuzu sübut etmək istəyirik”

blank
Digər idman növləri2024-07-17 18:46

Millimiz Avropa çempionatında qrupdakı son matçında da uduzdu

blank
Ölkə futbolu2024-07-17 18:28

“Sabah azarkeşlərimizin dəstəyinə ehtiyacımız var” – Renato

blank
Ölkə futbolu2024-07-17 18:14

“Penalti seriyasını xoşlamıram” – Rəşad Sadıqov

blank
Digər idman növləri2024-07-17 18:00

Macarıstan qran-prisinin kubokları nümayiş etdirildi

blank
Ölkə futbolu2024-07-17 17:44

“Hədəfimiz hər zaman olduğu kimi böyükdür” – Patrik Andrade

blank
Dünya futbolu2024-07-17 17:30

Almaniya klubundan Mahir Emreli ilə bağlı açıqlama

blank
Dünya futbolu2024-07-17 17:15

“Real” Modriçlə müqaviləni yenilədi

blank
Digər idman növləri2024-07-17 17:14

Göygöldə yubiley yarışı

blank
Müsahibə2024-07-17 17:00

“Planlarımızı sadəcə Konfrans Liqası üçün qurmamışıq” – Samir Abasov

blank
Dünya futbolu2024-07-17 16:45

Oyarzabaldan tarixi nailiyyət

blank
Digər idman növləri2024-07-17 16:30

Karlsen sürətli şahmat çempionatında iştirak edəcək

blank
Müsahibə2024-07-17 16:14

“Doğma publika önündə də “Zirə”ni çətin oyun gözləyir”

blank
Dünya futbolu2024-07-17 16:00

FIFA Argentina millisi ilə bağlı araşdırmaya başladı

blank
Dünya futbolu2024-07-17 15:45

Kamara Fransaya köçdü

blank
Ölkə futbolu2024-07-17 15:35

“Neftçi”nin baş məşqçisindən gözlənilməz qərar

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm