Futbol üzrə Azərbaycan yığmasının futbolçusu Rahid Əmirquliyev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi bu gün baş tutan mətbuat konfransında öncə bunları dilə gətirib:

– Rəqib güclü komandadı, dünya çempionudu. Matça yaxşı hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik. Mən də çox danışmağa ehtiyac duymuram. Sabah meydanda özümüzü göstərməliyik.

– Oyunun bütün biletlərinin satılması sizə necə təsir edəcək?
– Azarkeşin olması bizim üçün əlavə motivasiyadı. Rəqib hər dəfə bu qədər fanat önündə oynayır. Bu mənada, bizim üçün daha böyük stimuldu. Çalışacağıq ki, azarkeşlərimizi məyus etməyək.

ELMAR ABDULLA-ZADƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp