“Kəpəz” yeni mövsümün hazırlıqlarına bugündən başladı. Bakıda toplaşan Gəncə klubu səhər saatlarında ilk məşqini reallaşdırdı.
 
“Kəpəz” Bakıda keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununa çıxacaq. Öncədən verilən məlumatda “sarı-göylər”in iyulun 8-də saat 17:00-da “Bakı”, iyulun 12-də isə “Neftçi” ilə qarşılaşacağı bildirilmişdi.
 
Lakin hər iki oyunun vaxtı ilə bağlı dəyişiklik edilib. Belə ki, həvəskar liqasının iştirakçısı ilə oyun eyni tarixdə, amma saat 18:00-da başlayacaq. “Neftçi” ilə matç isə bir gün əvvələ keçirilib. Beləliklə, “Neftçi” – “Kəpəz” görüşü iyulun 11-nə, saat 18:00-a təyin olunub. Oyun İsmət Qayıbov adına stadionda baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp