Digər idman növləri
5 boksçumuz Korotkov Memorialının yarımfinalında
Rusiyanın Xabarovsk şəhərində boks üzrə Konstantin Korotkov Memorialına start verilib.
Futbolinfo.az xəbər verir ki, yarışda Azərbaycan millisinin 3 üzvü ilk görüşlərini qələbə ilə başa vurub.
Maqsud Xasmetov 1/4 final çərçivəsində rusiyalı Nurlan Səfərovu məğlub edib. Boksçumuz 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə qələbə qazanıb. Xasmetov yarımfinalda Denis Parilovla (Rusiya) üz-üzə gələcək.
Ümid Rüstəmov da adını yarımfinala yazdırıb. O, 1/4 finalda Rusiya çempionu Yevgeni Lyaşkovu mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28). Rüstəmov ikinci qarşılaşmasında Maksim Pankovla (Belarus) döyüşəcək.
63,5 kq-da Ruslan Rüstəmov isə 1/4 finalda Aleksandr Kirsanovdan (Rusiya) güclü olub. Boksçumuz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, finala gedən yolda Nikita Birenkovu (Rusiya) sınağa çəkəcək.
Boksçularımız yarımfinala yüksəlməklə, özləri üçün ən azı bürünc medalı da təmin ediblər. Yığmamızın digər üzvlərindən Mirşərif Kazımzadə (75 kq) finala vəsiqə üçün Yeqor Şapoçanski (Rusiya) ilə, İlqar Salahov (67 kq) Ruslan Abdullayevlə (Özbəkistan) qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarışda yarımfinal qarşılaşmaları mayın 17-də olacaq.
- Ölkə futbolu2024-06-10 08:00
“Qarabağ”in ilk transferi xorvat qapıçı oldu – EKSKLÜZİV
- Ölkə futbolu2024-06-10 07:30
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Milli komanda2024-06-09 10:29
Rahil yığmadan ayrıldı, Elvin heyətə qoşuldu
- Ölkə futbolu2024-06-10 12:15
Rahil yığmanı yeni klub tapmaq üçün tərk edib