İtaliya çempionu "Yuventus" almaniyalı müdafiəçi Benedikt Hövedesi transfer etdiyini rəsmən açıqlayıb.
 
Futbolinfo.az xəbər verir ki, "Şalke"dən alınan oyunçu bir illik icarəyə götürülüb. Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb. İtaliya klubu Bundesliqa təmsilçisinə bir illik icarə qarşılığında 3,5 milyon avro ödəyəcək.
 
Hövedes məhz "Şalke"nin yetirməsidi və doğma klubunun forması ilə 250-dən çox oyun keçirib. O, geridə qalan mövsümdə Bundesliqa klubu ilə 46 oyunda meydanda olub, 2 qol vurub. 29 yaşlı müdafiəçi Almaniya yığmasında da 40-dan çox oyuna çıxıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp