Ölkə futbolu
“Qəbələ”dən darmadağın
AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qruplarından…
AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qruplarından ibarət komandalar arasında keçirilən liqalarda yeni mövsümə start verilib. Futbolinfo.az xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının təmsilçiləri də ilk görüşlərini keçirib.
Akademiyanın Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən U-10, U-11 və U-12 komandaları ilk turda qüvvəsini sınayıb. U-10 Liqasında UGİM Ağdaşın UGİM-ni 11:0 hesabı ilə məğlub edib. UGİM “Rabitəçi” (Yevlax) ilə qarşılaşan Gİİ 4:5 hesabı ilə uduzub.
U-11 Liqasında "Qəbələ" akademiyasının iki komandası üz-üzə gəlib. “Qəbələ” UGİM-i 7:0 hesabı ilə məğlub edib. U-12 Liqasında da eyni komandalar görüşüb. Bu matç daha məhsuldar alınıb və “Qəbələ”nin qələbəsi ilə başa çatıb – 9:1.
U-16 komandası da mövsümə qələbə ilə start verib. "Qəbələ" səfərdə “Sumqayıt”dan güclü olub – 2:0. U-17 Liqasında isə artıq iki tur baş tutub. “Qəbələ” səfərdə keçirdiyi ilk oyunda “Neftçi” İK İB ilə qolsuz heç-heçə edib. İkinci matçda isə komanda öz meydanında “İnter”i böyükhesablı məğlubiyyətə uğradıb – 5:1. İki görüşdə 4 xal toplayan “qırmızı-qaralar” 3-cü yerə şərikdi.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-06-10 08:00
“Qarabağ”in ilk transferi xorvat qapıçı oldu – EKSKLÜZİV
- Ölkə futbolu2024-06-10 07:30
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Milli komanda2024-06-09 10:29
Rahil yığmadan ayrıldı, Elvin heyətə qoşuldu
- Ölkə futbolu2024-06-10 12:15
Rahil yığmanı yeni klub tapmaq üçün tərk edib