Futbol üzrə İtaliya A Seriyasında 9-cu turun oyunları keçirilib. 

Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Roma” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Torino” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyunda minimal hesabla qalib gəlib – 1:0. Yeganə qolu rəqib qapısından cərimə zərbəsini əla yerinə yetirən Aleksandr Kolarov keçirib.

Ehtiyatda bir oyunu olan paytaxt təmsilçisi hazırda 18 xalla 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp