Futbol üzrə Çexiya çempionatında 11-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Zlin”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:1.

Kamran da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Geridə qalan turlarda 11 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 11-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp