Futbol üzrə İngiltərə Premyer Liqasında 9-cu tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Vest Hem” “Brayton”u qəbul edib. Qarşılaşma qonaq komandanın böyük hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Çelsi” ikinci oyun günündə meydana çıxıb. “Zadəganlar” özündən bir pillə irəlidə qərarlaşmış “Uotford”u qəbul edib. 6 qolun qeydə alındığı oyunda London təmsilçisi inamlı qələbəyə sevinib.

Lider “Mançester Siti” evdə “Bernli” ilə üz-üzə gəlib və darmadağına imza atıb. Mançesterin digər nəhəngi – MY isə səfərdə "Haddersfild"ə uduzub.

Turun mərkəzi oyunu bazar günü keçirilib. “Tottenhem” “Liverpul”u qəbul edib. Beş qolun qeydə alındığı qarşılaşmada "Liverpul" darmadağın olub. 

Günün digər matçında isə "Arsenal" səfərdə "Everton"a böyük hesabla qalib gəlib.

İngiltərə Premyer Liqası
9-cu tur

20 oktyabr

Vest Hem – Brayton 0:3
Qol: Murrey, 10; 75-pen. İskerdo, 45.

21 oktyabr

Çelsi – Uotford 4:2
Qol: Pedro, 12. Batşuayi, 71; 90. Aspilikueta, 87 – Dukure, 45. Pereyra, 49.

Haddersfild – Mançester Yunayted 2:1
Qol: Muy, 28. Depoytre, 33 – Reşford, 78.

Mançester Siti – Bernli 3:0
Qol: Aquero, 30-pen. Otamendi, 73. Sane, 75.

Nyukasl – Kristal Pelas 1:0
Qol: Merino, 86.

Stok Siti – Bornmut 1:2
Qol: Diuf, 63 – Surman, 16. Stanislas, 18-pen.

Suonsi – Lester 1:2
Qol: Meyson, 56 – Fernandes, 25-öz qapısına. Okazaki, 49.

Sauthempton – Vest Bromviç 1:0
Qol: Bufal, 85.

22 oktyabr

Everton – Arsenal 2:5
Qol: Runi, 12. Niasse, 90+3 – Monreal, 40. Özil, 53. Lakasette, 74. Remzi, 90. Sançes, 90+5.

Tottenhem – Liverpul 4:1
Qol: Keyn, 4; 56. Son, 12. Alli, 45 – Salah, 24.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp