Futbol üzrə İtaliya çempionatında 9-cu tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda ”Sampdoriya” “Krotone”ni qəbul edib. Beş qolun vurulduğu oyunda meydan sahibləri rəqibi xalsız qoyublar.

Gecə isə bütün diqqətlər Neapola yönəlib. Lider “Napoli” evdə cari mövsümdə inamlı təsir bağışlayan, ən yaxın izləyicisi “İnter”lə qarşılaşıb. Görüşdə qapılara qol vurulmayıb. Beləcə, "İnter" "Napoli"nin bu mövsüm ilk dəfə xal itirməsinə nail olub.

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” ikinci oyun günündə meydana çıxıb. “Canavarlar” “Torino”nun qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

"Yuventus" "Udineze" ilə səfər matçının böyük hissəsini azlıqda keçirməsinə baxmayaraq, 3 xalı 6 qolla qazanıb. "Fiorentina" da "Benevento"nu səfərdə darmadağın edib. "Latsio" isə "Kalyari" üzərində asan qələbəyə sevinib.

"Milan" isə növbəti xal itkisi ilə üzləşib. Vinçentso Montellanın komandası bu dəfə doğma meydanda "Cenoa"nın müqavimətini qıra bilməyib.

İtaliya A Seriyası
9-cu tur

21 oktyabr

Sampdoriya – Krotone 5:0
Qol: Ferrari, 3. Kvalyarella, 11-pen. Kaprari, 38. Linetti, 71. Kounaçki, 76.

Napoli – İnter 0:0

22 oktyabr

Kyevo – Verona 3:2
Qol: İnqlese, 23; 30-pen. Pellisye, 73 – Verde, 6. Patsini, 55.

Atalanta – Bolonya 1:0
Qol: Kornelius, 71.

Benevento – Fiorentina 0:3
Qol: Benassi, 18. Babakar, 47. Tereu, 66.

Milan – Cenoa 0:0

SPAL – Sassuolo 0:1
Qol: Politano, 1.

Torino – Roma 0:1
Qol: Kolarov, 69.

Udineze – Yuventus 2:6
Qol: Periça, 8. Danilo, 47 – Samir, 14-öz qapısına. Xedira, 20; 59; 87. Ruqani, 52. Pyaniç, 90.

Latsio – Kalyari 3:0
Qol: İmmobile, 7-pen; 41. Bastos, 49.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp