Futbol üzrə Fransa çempionatında 10-cu tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Sent-Etyen” “Monpelye”ni qəbul edib. Qarşılaşmanın taleyini 1 qol həll edib. Qələbəni isə qonaq komanda bayram edib.

Son çempion “Monako” ikinci oyun günündə doğma divarlar arasında “Kan”la qarşılaşıb və inamlı qələbəyə sevinib.

"Amyen" "Bordo"nu, "Renn" "Lill"i doğma meydanda, "Tuluza" isə "Anje"ni səfərdə tək qolla yenib. "Mets" "Dijon"a, "Genqam" da "Nant"a 1:2 hesabıyla uduzub.

Lider PSJ isə bazar günü meydana çıxıb. Parislilər “Marsel”in qonağı olublar. Dörd qolun vurulduğu oyunda qalib müəyyənləşməyib. Günün digər oyunlarında "Lion" səfərdə "Trua"ya 5 cavabsız qolla qalib gəlib. "Nitsa" isə evdə "Strasburq"a uduzub.

Fransa Liqa 1
10-cu tur

20 oktyabr

Sent-Etyen – Monpelye 0:1
Qol: Mbenza, 21.

21 oktyabr

Monako – Kan 2:0
Qol: Keyta, 21. Falkao, 59.

Amyen – Bordo 1:0
Qol: Nqosso, 64.

Anje – Tuluza 0:1
Qol: Diop, 38.

Mets – Dijon 1:2
Qol: Ru, 45 – Varrol, 10. Sliti, 49.

Nant – Genqam 2:1
Qol: Avazem, 9. Ture, 86 – Kamara, 70.

Renn – Lill 1:0
Qol: Buriqo, 6.

22 oktyabr

Nitsa – Strasburq 1:2
Qol: Melu, 54-pen – Da Kosta, 23; 49.

Trua – Olimpik (Lion) 0:5
Qol: Traore, 21. Depay, 48; 65; 70. Dias, 90.

Olimpik (Marsel) – PSJ 2:2
Qol: Qustavo, 16. Toven, 78 – Neymar, 33. Kavani, 90.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp