Futbol üzrə İspaniya kubokunun 1/16 final mərhələsinin oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 6 görüş baş tutub. İlk günün ən böyük sensasiyası La Liqa təmsilçisi “Malaqa”nın Sequnda liqada çıxış edən “Numansiya”ya uduzması olub.

“Sevilya”, “Valensiya”, “Barselona” və “Betis” isə sürprizə imkan verməyib. İki elita təmsilçisi “Xetafe” və “Alaves”in duelindən isə ikincilər qalib çıxıblar.

İkinci oyun günündə bəzi sürpriz nəticələr qeydə alınıb. Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Madrid "Atletiko"su səfərdə aşağı liqa təmsilçisi "Elçe"nin öhdəsindən gələ bilməyib və heç-heçəyə razılaşıb. 

Digər elita təmsilçilərindən "Vilyarreal"ın aşağı liqa təmsilçisi ilə dueldən məğlub ayrılması, "Atletik"in bərabərə qalması da xüsusi qeyd olunmalıdı. 

İspaniya Kuboku
1/16 final
(ilk oyunlar)
24 oktyabr

Kartaxena – Sevilya 0:3
Numansiya – Malaqa 2:1
Xetafe – Alaves 0:1
Saraqosa – Valensiya 0:2
Kadis – Betis 1:2
Mursiya – Barselona 0:3

25 oktyabr

Formentera – Atletik – 1:1
Ponferradina – Vilyarreal – 1:0
Valyadolid – Leqanes – 1:2
Eybar – Selta 1:2
Elçe – Atletiko 1:1

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp