Portuqaliya çempionatının 2-ci divizionunda növbəti turun oyunları baş tutub tutub. Dünən həmyerlimiz Valeh Seyidovun şərəfini qoruduğu “Louletano” da meydana çıxıb. “Lusitano”nu qəbul edən komanda hesabını 3 xalla zənginləşdirib.
 
Bu qələbədə Valehin də mühüm rolu olub. 63-cü dəqiqədə, hesab 1:1 olarkən braziliyalı oyundaşının əvəzinə oyuna daxil olan Seyidov komandasının qələbəsinə töhfə verib. Məhz onun hücumdakı fəallığından sonra komandası qələbə topunu vurub – 2:1. Oyunsonrası mətbuat konfransında baş məşqçi də bu amili xüsusi vurğulayıb.
 
Hazırda 16 komanda arasında 38 xalla 7-ci olan “Louletano” bununla da vəziyyətini xeyli yaxşılaşdırdı.
 
Maraqlıdı ki, 21 yaşlı hücumçu meydana çıxdığı bütün oyunlarda komandasına fayda verib. Amma nədənsə milli komandalarınn məşqçiləri ona diqqət yetirmir. Yığmalarımız məğlubiyyətləri sıraladığı, qola həsrət qaldığı bir zamanda məşqçilər bu istedadlı hətta sınamağı da lazım bilmirlər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp