Bizi izləyin

Ölkə futbolu

“Universitet” müəlliminin bəhanəsi və ya gizlədilən fikirlər

Ötən ilin sonunda yığmalarımızda edilən dəyişikliklər &c…

blank

Ötən ilin sonunda yığmalarımızda edilən dəyişikliklər çoxlarını ümidləndirməyə başladı.  Hər halda, Qurban Qurbanov, Rəşad Sadıqov, Zaur Həşimov və Ramin Quliyev futbolun içindən çıxmış adamlardı. Yeni sistem, kollektiv iş prinsipi ilə çalışmaq məqsədi gələcəyə nikbin baxmağa ümid verdi.

Ancaq onlardan fərqli, Vüqar Məmmədin yığmada saxlanılması heç başadüşülən olmadı. Millilərdə var-gəl etməklə məşğul olan, futbolçu karyerasında oynadığı ən yaxşı komanda “ANS-Pivani” olan 39 yaşlı məşqçi 2010-cu ildən AFFA-nın “koruması altındadı”.

Zarafat deyil, illərdi U-15, U-16, U-17 yığmalarında məşqçiliyin sirlərini öyrənməklə məşğul idi. Artıq U-19-a, yəni “universitetə” qəbul olunub. Ancaq görünən odu ki, AFFA bu qərarında tələsib, “orta məktəb” şəhadətnaməsini erkən vaxtda verib.

Vüqar Məmmədin yeni komandası 2018-ci ildə heç-heçə bir tərəfə, hətta qol vurmaqda da acizdi. Millimiz əvvəlcə “Neftçi”nin əvəzedicilərinə, ardından isə Türkiyədə Kosovoya iki dəfə, son olaraq da “Antalyaspor”a eyni hesabla (0:1) məğlub oldu. Bu ay isə Bakıya toplanışa gələn Rusiyanın U-19 komandası Vüqar Məmmədə və onun yetirmələrinə “universitet dərsi” keçdilər. “Neftçi”yə, “Antalyaspor”a qol vura bilməyən komanda Rusiyaya vurası deyildi ki… Bu mənada iki görüşdə qapısından 5 top buraxması (0:4, 0:1) təəccüblü olmadı.

Hər uduzan məşqçi kimi, o da “Rəqib güclü idi. Belə komandalarla qüvvəmizi sınamaq üçün bundan sonra da daim axtarışda olacağıq. Turnirlərdə və ya yoxlama oyunlarında bu cür güclü rəqiblərlə oynamalıyıq. Yetirmələrim bacarıqlarını meydanda qoydular”, – deyərək, özünü sığortaladı, üstüörtülü “olanımız budu” mesajını verdi.

Böyük hesabla uduzmasına baxmayaraq, qol vəziyyəti yaratmalarına sevinən, “oyunçularımızdan lazım olanı ala bildik”, deyən məşqçi məğlubiyyətə məhkumdu. Futbolumuzun gələcəyi yenilgi ilə barışan bir məşqçinin əlindədisə, oyunçular da gənc yaşdan “qapazaltı” olmağı normal qəbul edib, qələbə hissinin nə olduğunu bilməyəcəklər.

“Pro” kateqoriyasını almaq adi hal alıb. Hər oxuyan Qvardiola olsaydı, indi mütəxəssis əlindən tərpənmək olmazdı. Rəhmətlik Böyükağa Hacıyev bu kateqoriyanı ala bilmirdi. Amma Azərbaycan klubunu avrokubokun qrupuna çıxaran ilk məşqçi kimi tarixə düşdü.

Kadr dəyişikliyi deyəsən, AFFA-nın rəsmi saytına da öz təsirini göstərib. Ruslar Bakıdakı yoxlama görüşündən sonra Rusiya Futbol İttifaqının rəsmi saytına baş məşqçilərinin fikirlərini yerləşdirə bilirlər, burdan-bura Vüqar Məmmədin 3 cümləlik açıqlamasını yazmağa vaxt tapılmır. Bu azmış kimi, artıq əsas millinin oyunu da önəmsiz hala gəlib.

Hər halda, Makedoniya ilə bugünkü yoldaşlıq görüşü bir önəm kəsb etsəydi, futbolçular bir tərəfə, baş məşqçinin oyunöncəsi açıqlaması qısa da olsa, sayta yerləşdirilərdi. Halbuki, makedoniyalılar rəsmi saytlarında bu matçla bağlı kifayət qədər material yazıblar. Millimizin mətbuat xidməti heç U-21-in seçmə mərhələ görüşündən sonra baş məşqçinin fikrini rəsmi sayta yerləşdirəcək dərəcədə önəmli saymır. Belə olmasaydı, Rəşad Sadıqovun açıqlamasını feysbuk səhifəsində axtarmazdıq.

Deyəsən, bundan sonra yığmalarımızın yalnız qələbəsindən sonra məşqçi fikirlərinə rəsmi saytda rast gələcəyik. Təbii ki, qələbə olsa… (Apasport)

Reklam

Reklam


blank
Digər idman növləri2024-06-26 23:26

Slovakiya – Rumıniya matçının ən yaxşı futbolçusu açıqlandı

blank
Digər idman növləri2024-06-26 23:00

Azərbaycan 3-cü dəfə Avropa çempionu oldu

blank
Digər idman növləri2024-06-26 22:15

Azərbaycan üç güləşçisi Avropa çempionu oldu

blank
AÇ-20242024-06-26 22:00

Rumıniya, Belçika və Slovakiya yığmaları da pley-offda!

blank
Ölkə futbolu2024-06-26 21:47

Diniyev “Ümraniyəspor”dan ayrıldı

blank
Dünya futbolu2024-06-26 21:21

İtaliya klubunda yeni baş məşqçi

blank
Digər idman növləri2024-06-26 21:00

Azərbaycanın iki güləşçisi üçün AÇ-də bürünc medal şansı

blank
Ölkə futbolu2024-06-26 20:11

“Neftçi” loqosunu müasirləşdirdi

blank
Ölkə futbolu2024-06-26 19:00

“Araz-Naxçıvan”ı yeni mövsümdə “Hummel” geyindirəcək

blank
Digər idman növləri2024-06-26 18:18

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

blank
Ölkə futbolu2024-06-26 17:49

“Sabah”ın loqosu yeniləndi

blank
Digər idman növləri2024-06-26 17:38

Azərbaycan boksçuları “Asiya uşaqları” oyunlarında mübarizə aparacaq

blank
Ölkə futbolu2024-06-26 17:15

“Qəbələ” daha iki transferi bəyan etdi

blank
Ölkə futbolu2024-06-26 17:00

“Sabah” Madriddə finala çıxdı

blank
Ölkə futbolu2024-06-26 16:38

“Zirə”nin “Şerif”lə cavab matçının da hakimləri açıqlandı

blank
Ölkə futbolu2024-06-26 16:29

“Neftçi”nin yeni baş məşqçisi rəsmən açıqlandı

blank
Digər idman növləri2024-06-26 16:19

“Uimbldon”un nəticələri reytinqin liderinə təsir etməyəcək

blank
Digər idman növləri2024-06-26 16:00

Olimpiada üçün atəşkəs çağırışı

blank
Digər idman növləri2024-06-26 15:42

Aleksandr Tarakanov: “Bizə göstərilən etimadı doğrultmalıyıq”

blank
AÇ-20242024-06-26 15:25

Ardıcıl 4-cü dəfə

blank
Digər idman növləri2024-06-26 15:10

ÇL: “Sabah”ın rəqibi müəyyənləşdi

blank
Digər idman növləri2024-06-26 14:55

Son 20 ilin ikinci ən yaxşı nəticəsi

blank
Dünya futbolu2024-06-26 14:40

İsveçrə millisinin məşqçilərinin noutbukları oğurlandı

blank
Digər idman növləri2024-06-26 14:21

Keçmiş gimnast kamandan oxatmada Olimpiadaya lisenziya qazandı

blank
Ölkə futbolu2024-06-26 14:04

“Zirə”nin “Şerif”lə səfər matçının hakimləri açıqlandı

blank
AÇ-20242024-06-26 13:49

“Hər kəsin komandasıyıq”

blank
Ölkə futbolu2024-06-26 13:32

Benzianı Qətər və Səudiyyə Ərəbistanı klubları istəyir

blank
Ölkə futbolu2024-06-26 13:16

“Qəbələ”də yeni müdafiəçi

blank
Ölkə futbolu2024-06-26 13:02

“Sabah”ın rəqibi bombardirini itirə bilər

blank
Ölkə futbolu2024-06-26 12:48

“Qarabağ”ın daha bir komandası çempion oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm