İngiltərənin “Stok Siti” klubunun futbolçusu İbrahim Afellay mövsümün sonunadək əsas komandadan uzaqlaşdırılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pol Lambert qərar qəbul edib. Şotlandiyalı mütəxəssis bunu 31 yaşlı hollandiyalı futbolçunun komandadakı atmosferə pis təsir göstərdiyini əsas gətirərək həyata keçirib.

Afellay mövsümün sonunadək “Stok Siti”nin əvəzedici komandasında məşq keçəcək. Yayda isə o, böyük ehtimalla Premyer Liqa klubu ilə yollarını tamamilə ayıracaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp