Dünya futbolu
Nəsirovsuz “Sportinq” ev oyununda uduzdu
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 31-ci turun …
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 31-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Nasional”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
Nəsirov bu matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
"Sportinq" hazırda 32 xalla 20 klub arasında 18-ci pillədə qərarlaşıb.